"Qucaqladım, gördüm ki, nəfəsi dayandı" - Qəşəm Cəfərovun son anları
"Retro Baku" verilişinin yeni buraxılışı xərçəngdən dünyasını dəyişən müğənni Qəşəm Cəfərova həsr olunub. Proqramda yaxınları onun ağır xəstəlik dövrünü xatırlayıblar.
Anası Gülnarə Zülfəliyeva bildirib ki, Qəşəm üçüncü kursda oxuyarkən bel ağrıları yaranıb:
"Həkimlər əvvəl böyrək problemi olduğunu dedilər. Səhv diaqnoz səbəbindən 8 ay yanlış müalicə olundu. Sentyabrda düzgün diaqnoz qoyuldu - artıq ayaqları tutulmuşdu. Şiş fəqərələrini sındırmışdı. Sarkoma olduğu məlum oldu. Özü bilmirdi, kimyaterapiya başlayanda öyrəndi".
G.Zülfəliyeva deyib ki, Türkiyədə aparılan müayinələrdən sonra vəziyyət 10-11 ay sabit qalıb. Lakin 2024-cü ilin iyununda ağrılar yenidən güclənib və Qəşəm ikinci əməliyyat keçirmək məcburiyyətində qalıb. Buna baxmayaraq, o, "Səs Azərbaycan" yarışmasında iştirak edib.
Anası övladının son anlarını belə xatırlayıb: "Deyirdi, "ana, sən qoymursan, mən gedim". Bütün bədəni şişmişdi. "Məni qucaqla" dedi. Qucaqladım, gördüm ki, sinəsi dayandı, nəfəsi kəsildi".
"Öləndə gözünü yumduq, yuduqda yenidən açıldı. Böyüklər deyir ki, həyata doymayan adam gözüaçıq gedir", - deyə mərhumun dostu Murad Əzizov əlavə edib.
Oxşar xəbərlər
Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR
Sumqayıt şəhərində yaşıllıq sahələrinin genişləndirilməsi və abadlaşdırılması məqsədilə işlər görüləcək. BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 665....