Qubanın üç kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi hazırlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə sənəd parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Həmçinin, sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Xatırladaq ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...