Qubanın bu kəndində işıq dirəkləri təhlükə saçır - FOTO

Qubanın Raziyələr kəndinin sakinləri narazıdırlar.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, buna səbəb sovet dövründən qalma işıq dirəkləridir.
Bildirilir ki, işıq dirəkləri artıq çürüyüb və həyat üçün çox təhlükəli vəziyyət yaranıb.
Sakinlər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara məlumat veriblər. Lakin heç bir yenidənqurma işi aparılmayıb. Vəziyyət isə günü-gündən daha da ciddi hal alır.
Baş verə biləcək təbii fəlakət, yaxud da digər bədbəxt hadisələrinsə necə ciddi fəsadlara yol açacağı sirr deyil. Hazırda kənd sakinlərinin tək istəyi dirəklərin yeniləri ilə əvəz olunmağıdır.
Qalereya
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...