Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək - FOTO

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək - FOTO
Sosial 262

Azərbaycanlı iqtisadçı Qubad İbadoğlunun oğlu Emin Bayramlı erməni lobbisinin ən böyük siyasi təşkilatı olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) iclasında çıxış etməyə hazırlaşır.

BAKU.WS Caliber.Az-a istinadən xəbər verir ki, Emin Bayramlı ilə bərabər iclasda özlərini separatçıların "ombudsmanı" elan etmiş Qeqam Stepanyan və qondarma rejimin "hüquqların müdafiəçisi komitəsinin rəhbəri" Karnik Kerqanyanla iştirak edəcəklər.

Amerika Erməniləri Milli Komitəsinin tədbirdə Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə ediləcək.

Xatırladaq ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

Onun barəsində ötən ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, məhkəmə bu ilin aprel ayının 22-də Q.İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı qərar qəbul edib.

Qubad İbadoğlunun övladı erməni lobbisinin tədbirində çıxış edəcək - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhkəmə Qubad İbadoğlu barəsində 4 aylıq həbs qərarı verib - YENİLƏNİB

Məhkəmə Qubad İbadoğlu barəsində 4 aylıq həbs qərarı verib - YENİLƏNİB

Nərimanov Rayon Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BAKU.WS report-a i...

187 Sosial 16:57 24 iyul 2023

Son xəbərlər