Quba-Xınalıq yolu buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib

Quba-Xınalıq yolu buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib
Sosial 63

Güclü qar Quba-Xınalıq yolunda nəqliyyatın hərəkətində problemler yaradıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, ötən gündən etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib və qar yağmağa başlayıb.

Gecə saatlarından etibarən temperaturun aşağı düşməsi yollarda buzlaşmaya səbəb olub. Bu da rayonların daxili və dağ yollarında avtomobillərin hərəkətini çətinləşdirib.

Xüsusi ilə Quba-Xınalıq yolunda avtomobillərin hərəkətində bir sıra problemler yaranıb.

Ərazi üzrə 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, Quba-Xınalıq yolunun 26-39-cu kilometrnə 25-30 sm qar yağıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Hazırda yol idarəsinin texnikası və canlı qüvvəsi yolu qardan təmizləyir.

Həmin ərazidə şaxtalı hava şəraiti davam edir. Temperatur mənfi 18 dərəcəyədək enib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər