İqtisadiyyat Nazirliyinin kollektivi Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.
BAKU.WS-in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
"Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, ölkəmizin inkişafında əsaslı dönüş yaradıb. Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq",-deyə məlumatda qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO
Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür. “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünya şöh...