İqtisadiyyat Nazirliyindən əhaliyə ərzaq mağazaları və apteklərlə bağlı vacib məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və Mall-ların fəaliyyəti bir ay müddətinə dayandırılmışdır.
İqtisadiyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər.
Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və Mall-ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.
Oxşar xəbərlər
Azərbaycanda bütün iri ticarət mərkəzləri və “mall”lar bağlandı - RƏSMİ
Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir ço...