Qonşu ölkələrdə yeni dərs ili başlanır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 2020-2021 tədris ilinə başlanılıb. Türkiyənin təhsil naziri Ziya Səlcuq Ankaradakı Muazzez Karaçay ibtidai məktəbində yeni dərs ilinin ilk zəngini simvolik olaraq çalıb.
Nazir bildirib ki, sentyabrın 18-dək dərslər distant şəkildə davam edəcək. Sentyabrın 21-də məktəblərin açılması üçün hazırlıqla əlaqədar müəyyənləşdirilmiş siniflərdə xüsusi hazırlanmış proqramlarla dərslər keçiləcək.
Daha sonra Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Elm Qurumunun tövsiyəsinə uyğun olaraq məktəblərin açılması da gözlənilir.
Rus məktəbləri də yeni tədris ilinə hazırlaşır. Belə ki, sentyabrın 1-dən Rusiyada yeni tədris ili başlanır.
Səlahiyyətlilər yeni tədris ili üçün bir sıra təhlükəsizlik tədbirləri hazırlayıb. Hər girişdə və hər mərtəbədə sosial məsafənin qorunması üçün xüsusi işarələr qoyulub və hər sinif üçün xüsusi giriş, soyunma otağı və ayrıca tualet ayrılıb.
Maraqlıdır ki, şagirdlər üçün maska taxmaq məcburi olmayacaq, ancaq bina boyunca gigiyenik qulluq üçün vasitələr ayrılıb və mütəmadi istifadəsi tövsiyə olunandır.
Oxşar xəbərlər
Dərslər sentyabrın 1-dən bu şərtlərlə başlasın - MARAQLI TƏKLİF
Yeni tədris ilinə bir ay qalsa da, pandemiya dərslərin başlayıb-başlamayacağını sual altında saxlayır. Artıq dünyanın bir sıra ölkələri tədricən məktəblərdə təd...