Qondarma "erməni soyqırımı"nın əsas təbliğatçılarından biri koronavirusdan ölüb

Fransanın sabiq naziri koronavirusdan vəfat edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nikola Sarkozi hökumətində nazir postunda çalışmış erməni əsilli Patrik Devecyan 75 yaşında koronavirusdan vəfat edib.
Devecyan martın 26-da "Twitter" səhifəsində COVID-19 virusuna yoluxduğunu və xəstəxanaya yerləşdirildiyini qeyd etmiş və tibb işçilərinə ona göstərilən qayğıya görə təşəkkür etmişdi.
Qeyd edək ki, Patrik Devecyan Fransanın sabiq prezidenti Nikola Sarkozinin müşaviri olmuş və 2008-ci ildə qlobal iqtisadi böhrandan sonra Fransa iqtisadiyyatının bərpası planının hazırlanması ilə məşğul olan nazirlikdə nazir postuna təyin olunmuşdu. O, ölümünə qədər Parisin Hauts-De-Seine administrativ rayonunun rəhbəri vəzifəsində çalışıb. Erməni əsilli siyasətçi qondarma "erməni soyqırımı"nın Fransada tanınması ilə bağlı əsas təbliğatçılardan biri olub.
Oxşar xəbərlər
İstanbul əhalisinə müraciət olundu: 48 saat evinizi tərk etməyin!
Türkiyədə 108 nəfərin ölümü ilə nəticələnən COVID-19 virusuna qarşı mübarizə məqsədilə İstanbul valisi Əli Yerlikaya şəhər sakinlərinə müraciət edib. BAKU.WS xə...
