"Qobu" stadionunda aparılan təmir işləri niyə yarımçıq qalıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən mərkəzi stadionda aparılan təmir işləri artıq iki aydır ki, yarımçıq qalıb.
Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə məlumat verilib. Şikayətçilərin sözlərinə görə, bir müddət əvvəl stadionun təmiri ilə bağlı proses başladılsa da, daha sonra işlər dayandırılıb.
"Əvvəl stadionda heç olmasa futbol oynamaq mümkün idi. "Zəngəzur" futbol klubundan gəlib stadionu təmir edəcəklərini dedilər. Müqavilə də imzalanmışdı. Onlara kim nə deyibsə, bizə heç bir aidiyyəti yoxdur", - deyə şikayətçi Hacıbala Kərimli bildirib.
Stadionda təmir-bərpa işlərini həyata keçirən "Zəngəzur" futbol klubunun prezidenti Şahin Məmmədov məsələ ilə bağlı açıqlama verib. "Ərazinin sənədləri qaydasında deyil. Bələdiyyə ilə müqavilə bağlanılmalıdır, onu gözləyirik. Ot örtüyünün salınması işləri qalıb. Sənəd işləri tamamlanandan sonra o da yekunlaşacaq", - deyə o bildirib.
Oxşar xəbərlər
Zaqatalada 20 gündür itkin düşən şəxsin yaxınları: "Kəndə girişi kameraya düşsə də, çıxışını görən olmayıb"
"Qayınatam oktyabrın 13-də, təxminən saat 11-12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Həmişə evdən çıxıb geri qayıdan adam olub. Ağlı-başı yerind...