QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir

Bəzi din xadimləri vahid geyim formasına əməl etmir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan din xadimlərinin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun artırılmasında vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir.
A.Paşazadə vurğulayıb ki, illər əvvəl Azərbaycanın milli xüsusiyyət və tarixi ənənələri ehtiva edən geyim forması işlənib, hazırlanıb, tətbiq edilib.
QMİ sədrinin sözlərinə görə, vahid ruhani formasının qəbulunda məqsəd hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir:
"Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır".

Oxşar xəbərlər
Bakıda ACINACAQLI GÖRÜNTÜ - Açıq qapı, asılı sərnişin
Bakıda sərnişinlərin daşınması ilə bağlı daha bir acınacaqlı görüntü qeydə alınıb. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, bu dəfə 166 nömrəli ma...