“Qələbə” dairəsində avtomobillərin hərəkət istiqamətində dəyişiklik edildi

“Qələbə” dairəsində avtomobillərin hərəkət istiqamətində dəyişiklik edildi
Sosial 6639

 

Bakının "Qələbə” dairəsi kimi tanınan ərazisində yol-nəqliyyat hadisələrinin, baş verə biləcək sıxlığın yaranmaması məqsədilə həmin ərazidə avtomobillərin hərəkət istiqamətində dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, Akim Abbasov küçəsindən Həsən bəy Zərdabi küçəsinin Molla Pənah Vaqif küçəsi ilə kəsişən hissəsinə çıxan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yalnız sağa – Həsən bəy Zərdabi küçəsi istiqamətinə yönəldilir.

Şöbə rəisinin sözlərinə görə, artıq son tamamlama işləri aparılır: 

"Molla Pənah Vaqif küçəsi boyunca yaşayan avtomobil sahiblərindən və sürücülərindən xahiş edilir ki, həmin ərazidə diqqətli olsunlar və qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Eyni zamanda həmin əraziyə yaxın məsafələrdə dayanma-durmanı qadağan edən yol nişanı qoyulacaq ki, bu da sürücülər tərəfindən nəzərə alınmalıdır”.

BAKU.WS

Oxşar xəbərlər

Bulvardan Cavanşir körpüsünə gedən yolda qadağa - hərəkət istiqaməti dəyişdi

Bulvardan Cavanşir körpüsünə gedən yolda qadağa - hərəkət istiqaməti dəyişdi

"Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra sürücülərin istifadəsinə verilib və həmin ərazidə avtomillərin hərəkət istiqamətində dəyişiklik edili...

4341 Sosial 11:16 28 mart 2017

Son xəbərlər