Qışda sağlamlıq üçün ən vacib məhsul bu imiş

Qışda sağlamlıq üçün ən vacib məhsul bu imiş
Sosial 164

Diyetoloq Sara Vives bildirib ki, qış aylarında sağlamlıq üçün ən vacib qida məhsulu qızılbalıqdır.

BAKU.WS xəbər verir ki, o, bu balığın soyuq mövsümdə faydaları barədə "Maxima" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, qızılbalığın əsas üstünlüklərindən biri tərkibində omega-3 yağ turşularının çox olmasıdır. Bu maddələr immun sisteminin işini gücləndirir və orqanizmdə iltihab səviyyəsini azaldır.

Sara Vives əlavə edib ki, bu balıq eyni zamanda B12 vitamini ilə zəngindir. Həmin vitaminin çatışmazlığı isə yorğunluq və enerji azlığı hissinə səbəb ola bilər.

Qeyd edk ki, qızılbalıq D vitamininin mühüm mənbələrindən biridir. Qış aylarında günəş işığının az olması səbəbindən orqanizmin bu vitamini təbii yolla sintez etmə qabiliyyəti zəifləyir. Bu səbəbdən də qidalanma D vitamininin təmin olunmasında əsas rol oynayır.

Diyetoloq balığın digər faydasının isə iştahanın daha yaxşı idarə olunmasına kömək etməsi olduğunu bildirib. Belə ki, bu balıq tərkibində çoxlu miqdarda tam dəyərli zülal ehtiva edir.

Son xəbərlər