"Qəflətən ölsə, kim cavab verəcək?!" - Kritik əməliyyatı edəcək həkim məzuniyyətə çıxıb?

Qəflətən ölsə, kim cavab verəcək?! - Kritik əməliyyatı edəcək həkim məzuniyyətə çıxıb?
Video
Sosial 19

Qaraciyər çatışmazlığından əziyyət çəkən və vəziyyəti günü-gündən ağırlaşan şəxsin yaxınları müalicə prosesinin gecikməsindən narahatdırlar.

Şikayətçinin sözlərinə görə, qardaşı icbari tibbi sığorta çərçivəsində müayinədən keçmək üçün Qəbələ rayonuna göndərilib. Lakin ailəyə növbəti tibbi prosedurlar üçün təxminən 20 gün gözləməli olduqları bildirilib.

Xəstənin qardaşı deyir ki, bu müddət ərzində onun vəziyyətinin daha da ağırlaşacağından ehtiyat edirlər:

"Qardaşımın vəziyyəti günü-gündən ağırlaşır. Bu 20 gün ərzində vəziyyəti pisləşsə və ya qəflətən dünyasını dəyişsə, kim cavabdeh olacaq?!"

Ailənin bildirdiyinə görə, qaraciyər transplantasiyasının həyata keçirilməsi üçün donor namizədləri bir sıra müayinələrdən keçməlidirlər.

Onlara hər donor namizədinin analizlərinin təxminən 800-1000 manata başa gələ biləcəyi deyilib. Donorun uyğun olmadığı müəyyənləşərsə, növbəti namizədin də eyni müayinələrdən keçməsi tələb olunur.

Məsələ ilə bağlı cərrah-transplantoloq Kamran Beydullayevlə əlaqə saxlanılıb.

O, hazırda məzuniyyətdə olmasına baxmayaraq, transplantasiya və donorların müayinəsi prosesinin dayanmadığını bildirib:

"Mən məzuniyyətdəyəm, amma bu, işlərin dayanması demək deyil. Xəstəxanada digər həkimlər fəaliyyət göstərir, donorlar müayinə olunurlar. Hazırda özüm də xəstəxanadayam. Məndən asılı olan məsələlərdə yardım göstərəcəyəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər