Qəbul imtahanına koronavirusla bağlı suallar salınacaq? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda biologiya fənnindən imtahanlara koronavirusla bağlı sualların salınması məsələsinə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, yuxarı siniflərdə hər zaman viruslarla bağlı dərslər keçirilib:
“COVID-19 virusların yeni növüdür. IX sinif dərsliyində “İnsan özünü virusdan necə qoruya bilər?” sualı var. Koronavirusdan qorunma ilə bağlı sual yazılsa, burada nə qəbahət olar?”
“Bu tip mövzular imtahana salınır, amma hansı sualların düşməsi barədə məlumatım yoxdur.
Bunlar məndən asılı deyil. Amma belə mövzular var”, - deyə sədr qeyd edib.
Oxşar xəbərlər
Tələbə qəbulu qaydaları dəyişdi
Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib....