Qəbələ və Şəkidə elektrik şəbəkəsinə qoşulma sadələşdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ və Şəki rayonlarında yerləşən "ASAN xidmət" mərkəzində elektrik təchizatı şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, Texniki Şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın paytaxt və regionlarındakı 12 "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində yaradılan Texniki Şuraların fəaliyyəti tam şəkildə təmin olunub. Bunlar 1 saylı "ASAN Kommunal", 2 saylı "ASAN Kommunal", Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət" mərkəzlərində yaradılan Texniki Şuralardır.
Oxşar xəbərlər
Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək
Sabah “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür.Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə,...