Qəbul imtahanında ən yüksək nəticə göstərən tələbə bu qızdır (FOTO)

Qəbul imtahanında ən yüksək nəticə göstərən tələbə bu qızdır (FOTO)
Sosial 2349

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan etdikdən sonra 6 nəfərin 700 bal topladığı müəyyənləşdi. Onlardan 5-i oğlan, 1 qızdır.

BAKU.WS modern.az-a istinadən məlumat verir ki, yeganə xanım məzun və ən yüksək nəticə göstərən Səbinə İsmayılovadır.

Qazaxın Canallı kəndində doğulan Səbinə elə yaşadığı kənd məktəbinin məzunu olub. Məktəbin direktoru Ulduzə Məmmədova "Report”a Səbinənin ziyalı ailədə böyüdüyünü, təhsil ocağında təlim tərbiyəsi ilə seçildiyini bildirib.

Direktor həmçinin 700 bal toplayan şagirdin 10-cu sinifdə oxuyan zaman Kimya olimpiyadasının qalibi olduğunu da açıqlayıb.

Kənd məktəbini bitirib test tapşırıqlarının hər birinə düz cavab yazan S. İsmayılova ailənin böyük övladıdır. Qeyd edək ki, 2 qardaşın yeganə bacısı IV ixtisas qrupunda ən yüksək nəticəyə sahib olub.

BAKU.WS

Son xəbərlər