Qaraciyər yağlanmasına işarə edən bu əlamətlərə diqqət yetirin

Qaraciyər yağlanmasına işarə edən bu əlamətlərə diqqət yetirin
Sosial 6

Yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlərin qaraciyər yağlanmasına işarə ola bilər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə həkim İlksoy İkibiroğlu əhəmiyyətli məlumatlar bölüşüb.

İkibiroğlu, piylənmə, insulin müqaviməti, hərəkətsizlik və qidalanma kimi faktorların səbəb ola biləcəyi qaraciyər yağlanması ilə bağlı əhəmiyyətli xəbərdarlıqlar edib.

Qaraciyər hüceyrələrində yağ yığılması səbəbiylə meydana gələn qaraciyər yağlanması, yaratdığı təsirlərə görə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Qaraciyərin qəbul edilən bütün qidaları idarə etdiyini, zərərli maddələri ayırdığını, qanla qarışmasının qarşısını aldığını və xaric olmasını təmin etdiyini söyləyən İlksoy İkibiroğlu deyib:

"Qaraciyər insanın ümumi sağlamlıq vəziyyətini qoruyur. Sağlam qaraciyər həyat keyfiyyətini yaxşılaşdırır. Qaraciyərin yağlanması qaraciyərin sağlamlığı üçün təhlükə yaradan xəstəliklərdən biridir".

Qaraciyər yağlanmasına işarə edən bu əlamətlərə diqqət yetirin

Bu simptomlara diqqət yetirin

Qaraciyərin yağlanmasına işarə edən əsas simptomların yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlər olduğunu söyləyən İlksoy İkibiroğlu davamlı halsızlıq və yorğunluğun əhəmiyyətli əlamətlər olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu əsas simptomlara əlavə olaraq ağız qoxusu və bədən qoxusu, şişkinlik, hemoroid, bədən istiliyinin artması, gözlərin və ovucların qızarması, dəridə qaşınma və səpki kimi əlamətlər də ağla gətirməlidir.

Qaraciyər yağlanmasının erkən mərhələdə diaqnoz qoyulmasının sağalma prosesi üçün çox əhəmiyyətli olduğunu ifadə edən İlksoy İkibiroğlu, "Qaraciyər özünü yeniləyə bilən bir orqandır. Ona görə də erkən diaqnozla sağalma prosesi uğurlu və qısa olacaq", - deyə bildirib.

Qaraciyər yağlanmasının qarşısını almaq üçün alına biləcək tədbirlərə də toxunan həkim, spirt istifadəsinin məhdudlaşdırılması və çəki nəzarətinin ən təsirli tədbir olduğunu vurğulayıb.

Lazım gələrsə pəhrizdə dəyişikliklər edilməsini söyləyən İkibiroğlu, həddindən artıq kalori ehtiva etməyən, doymuş və trans yağları az olan qida ilə zəngin bir pəhrizlə qidalanmalı olduğunu açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər