"Qarabağ" klubunun üzvləri İmarət Kompleksində gedən işlərlə tanış olublar
"Qarabağ" klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri daha bir işğaldan azad olunmuş bölgəyə yollanıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Köhlən atlar"ın və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüş Ağdamda gerçəkləşib.
Yerli sakinlərin alqış və sevinc hissləri ilə qarşılanan kollektiv daha sonra İmarət Kompleksində gedən işlərlə tanış olublar.
Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri bundan öncə Şuşada şəhər sakinləri, Şuşa 1 saylı tam orta məktəbin şagirdləri və Xankəndidə Qarabağ Univetsitetinin tələbələri ilə görüşüb.
Qalereya
Oxşar xəbərlər
Cəbrayılda yeni yaşayış məntəqəsinin seldən mühafizəsi üçün yeddi milyon manat ayrıldı
Cəbrayıl rayonunun Şükürbəyli kəndində salınan 1042 ailəlik yaşayış məntəqəsinin (I mərhələ - 635 ailəlik) sel sularından mühafizəsi məqsədilə genişmiqyaslı inf...