“Qarabağ” hücumçu transfer edə bilmədi: Qrup mərhələsi üçün iştirak ərizəsi - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin son günə qədər hücum xəttini gücləndirmək şansı olsa da, bu, mümkün olmayıb.
“Atlılar” 24 futbolçunun adını siyahıya daxil ediblər. Onlardan üçü qapıçı, doqquzu müdafiəçi, 10-u yarımmüdafiəçi, ikisi hücumçudur.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov.
Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev.
Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 17. Hamidu Keyta, 27. Toral Bayramov, 66. Patrik Andrade.
Hücumçular: 99. Redon Cica, 18. Juninyo.
“Qarabağ” H qrupunda “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Hakken”lə (İsveç) mübarizə aparacaq.
Oxşar xəbərlər
Ali məktəb və kolleclərə sənəd qəbulu başlayır
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan...