Qanunsuz tikinti ilə üzləşən vətəndaş hara müraciət etməlidir? - İcra Hakimiyyəti AÇIQLADI
Paytaxtın mərkəzi rayonlarından olan Səbaildə sənədsiz və icazəsiz tikililərlə bağlı nəzarət mexanizmləri və görülən tədbirlər açıqlanıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonu ərazisində sənədsiz və icazəsiz fərdi yaşayış evlərinin tikintisi ilə bağlı nəzarəti Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Səbail Rayon Polis İdarəsi tərəfindən həyata keçirilir:
"Vətəndaş öz yaşadığı ərazidə sənədsiz (tikintiyə icazə olmadan aparılan) ev tikintisi faktı ilə rastlaşarsa, yuxarıda sadalanan hər bir quruma müraciət edə bilər. Müraciətin xüsusi forması yoxdur. Belə ki, qanunsuz tikinti faktı aşkarlayan vətəndaş qaynar xətt, rəsmi məktub, elektron müraciət və s. üsullarla yuxarıda sadalanan qurumlara şikayət ünvanlaya bilər".
İcra Hakimiyyətindən verilən məlumata görə, monitorinq zamanı tikinti işlərinin aparılmasına cəhd göstərilərsə, dərhal aidiyyəti qurumların iştirakı ilə aparılan tikinti işləri saxlanılaraq ərazi əvvəlki vəziyyətə qaytarılır.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Bu bar...