Qanunsuz ov edən şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən rayonun Xırmandalı kənd sakini Bayram Teymurov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin şəxsdən müvafiq sənədləri olmayan İj-43 markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən səs qurğusu və 4 ədəd ov quşu aşkar edilərək götürülüb.
B.Teymurov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda şahin quşunu tutmaq istəyən şəxs 2000 AZN cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı r...