Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - FOTO

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - FOTO
Foto
Sosial 129

Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyri-qanuni balıq ovu ilə məşğul olan rayonun Poylu qəsəbə sakinləri Rəşad Qurbanov və Katib Hüseynov saxlanılıblar.

Yoxlama zamanı onlardan bir ədəd rezin qayıq, 2 ədəd avar, bir ədəd elektrik cərəyanını artıran cihaz, bir ədəd akkumulyator, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladıqları balıq və digər əşyalar götürülərək polis əməkdaşları tərəfindən protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...

6451 Sosial 18:43 27 may 2022

Son xəbərlər