Qalmaqallı müavinin yerinə o təyin edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.
Qalereya
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...