Qadınları SEVİNDİRƏCƏK XƏBƏR - Bundan sonra...
18
yan
2024
09:34
Hamiləliyə və doğuma görə əmək məzuniyyətinin artırılmasını təklif edirik.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, 126 gün mövcud qanunvericilikdə nəzərdə tutulub: “Təklifimiz bu müddətin 140 günə çatdırılmasıdır. Yəni doğuşdan sonra olan məzuniyyətin də 14 gün artırılmasını təklif etmişik. Həmçinin, patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da baxa bilərik”.//apa
Oxşar xəbərlər
Ayların və günlərin önəmi: Məzuniyyət götürərkən necə edək ki, sərfəli olsun? - AÇIQLAMA + FOTO
İş insanın çövhəridir desək də, istirahətə heç kim yox deməz. İlboyu gərgin iş rejimində çalışan hər kəs məzuniyyətə çıxmağı səbirsizliklə gözləyir. Məzuniyyət...