Qadın qazilərimiz Türkiyədə olublar - FOTO
Qarabağın qadın qaziləri Türkiyə Yazıçılar Birliyinin Erzurumdakı şöbəsində (TYB Erzurum Şubesi) qonaq olublar.
BAKU.WS xəbər verir ki, Bakıdan gedən qonaqlar Palandöken gənclik mərkəzində qarşılanıb. Tədbirdə Qarabağ Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Radə Abbas, iş adamı Eldar Səməd, azərbaycanlı müğənni Aygün Rəhimli Akbaba və başqaları yer alıblar.
Çıxışlar zamanı Azərbaycan və Türkiyə Ədəbiyatından, şeirlərdən, muğamlardan, siyasətdən danışılıb.
Qarabağ Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin rəhbəri Radə Abbas son bir neçə ildir Qarabağda baş verənlərdən, onun düşmən tapdağından azad olmasından və qardaş Türkiyənin daim Azərbaycana dəstəyindən danışıb.
Tədbirin sonunda azərbaycanlı müğənni Aygün Rəhimli Akbaba "Çırpınırdı Qara dəniz" mahnısını ifa edib.
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...