Qadağalara məhəl qoymayıb, torpaq yolla Bakıdan çıxanlarla bağlı polisdən AÇIQLAMA - VİDEO

Qadağalara məhəl qoymayıb, torpaq yolla Bakıdan çıxanlarla bağlı polisdən AÇIQLAMA - VİDEO
Video
Sosial 1716

Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov BAKU.WS-ə bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb.

E.Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ torpaq yolla şəhərdən çıxmaq istəyiblər:

“Həmin nəqliyyat vasitələri növbəti postda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Bakını tərk etməyə icazəsi olmayan sürücülərə, şəxslərə qarşı inzibati qaydada protokol tərtib olunub və onlar Bakıya qaytarılıb. Bakıdan çıxışına icazəsi olanlar isə xəbərdarlıq edilib”.

Qeyd edək ki, ötən gün Bakıdan rayonlara gedənlərin sayı çox olduğu üçün yollarda tıxac yaranmışdı.

Bakı, Sumqayıt və Abşeron sakinləri sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrə axın edib.

Nəticədə yollarda böyük sıxlıq yaranıb. İş o yerə çatıb ki, tıxacda qalan sürücülər torpaq yollarla Bakıdan çıxmağa çalışıb.

Bu görüntülər sosial şəbəkələrdə qısa zamanda yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər