Qadağadan sonra qeydə alınan qohum evliliyi ilə bağlı nikahların sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2 599 qohum nikahı qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Xatıraladaq ki, 2024-cü il iyulun 23-də Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun evliliyi qadağan edilib.
Qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...