"Qaçqınkom"dan məcburi köçkünlərə verilən müavinətdan tutulmalar olması barədə məlumatlara münasibət

Qaçqınkomdan məcburi köçkünlərə verilən müavinətdan tutulmalar olması barədə məlumatlara münasibət
Sosial 167

Sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb.

BAKU.WS-in "report"a istinadən məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəyan edir ki, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “Yaşat” fondu üçün vəsait tutulmayıb.

Qeyd olunub ki, müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür:

"Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub. Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məcburi köçkünlər bu hallarda aylıq müavinət ala bilməz - RƏSMİ

Məcburi köçkünlər bu hallarda aylıq müavinət ala bilməz - RƏSMİ

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23...

2959 Sosial 13:45 27 yanvar 2020

Son xəbərlər