"Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ

Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ
Sosial 30

Baku TV Bakının ən qədim yaşayış məntəqələrindən biri olan Keşlə qəsəbəsində olub, bu ərazinin keçmişi, bu günü ilə maraqlanıb.

Sakinlərin sözlərinə görə, Keşlə illər keçsə də, öz qədim ruhunu qoruyub saxlayır.

Onlar bildirirlər ki, əvvəllər Keşlədə həyat daha səmimi və mehriban olub.

"Keşlə əla yer olub, həmişə də əla olacaq. Burada pis bir şey görməmişəm. Qurban olum Keşləyə. Dəyişiklik var. Qabaqkı kimi isti münasibət yoxdur. Heç bakılı qalmayıb. Rayonlardan gələnlər çoxdur", - Keşlə sakini deyib.

Qeyd olunur ki, Keşlədə həm qədim tikililər, həm də yeni binalar mövcuddur. Ərazidə XVII əsrə aid olduğu deyilən Şah Abbas məscidi və qədim hamam kimi tarixi abidələr bu günə qədər qorunub saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər