Pul yığmağın – 5 SADƏ YOLU

Pul yığmağın – 5 SADƏ YOLU
Sosial 2363

Bəzən həddən çox və lazım olmayan yerlərə pul xərcləyirik. Zəruri ehtiyacımızın nə olduğunu fikirləşmədən xərcləmək insanı ya bankrota götürür,  ya da başqalarından asılı hala salır. 

BAKU.WS xəbər verir ki, bu cür səhvlərin qarşısını almaq üçün todaysbaku.az kiçik bir araşdırma aparılıb. 

1. Kredit kartını üstünüzdə çox gəzdirməyin. Əgər kredit kartını vacib lazım olmadıqca üstünüzdə gəzdirməsəniz az pul xərcləyərsiniz. Üstünüzdə zəruri ehtiyacları almaq üçün nağd pul olması ən yaxşı ehtimaldır.

2. Endirimlər üçün müraciət edin. Maliyyə böhranlarının olduğu dövrdə endirim istəmək lazımdır. Hər bir şirkət artıq rahat endirim edə bilər. Əgər satıcı endirim etmirsə, idarəçini çağırtdırın. Onunla da alınmırsa şirkət müdriyyətinə müraciət etdirin. Bu sizin ən təbii haqqınızdır.

3. Bəzən gözləmək lazımdır. Ən azı 30 gün özünə söz ver ki, ən xırda şeyi belə alanda bir gün gözləyəcəksən. Növbəti alış-verişdə mağazaya onu sizin üçün bir gün gözləmələrini xahiş edin. Əgər almaq istədiyiniz bir şeyi 24 saat sonra da istəyirsinizsə, o zaman o sizindir. Bu cür proseslər sizə bpyük məbləğləri xərcləməməyə kömək edəcək. 

4. Dostlarından kömək istə. Bir çox mədəniyyətlərdə, pul yığmaq köməkli olur. Toy, ad günü və digər məsələlərdə dostlarınızın köməyinə imkan verin. Bəzən alacağınız bir şey dostunuzda istifadə etmədiyi bir əşya kimi evin bir köşəsində ola bilər.

5. Qiymətləri gözdən keçir. Onlayn alış-veriş etməyimiz səhvlərdən biridir. Online sifariş vermədən öncə bir araşdırmaq lazımdır. Ən uyğun qiyməti, münasib şərtləri öyrəndikdən sonra alıb-almamaq daha rahat olur. 

BAKU.WS

Son xəbərlər