Prezidentin xüsusi nümayəndəsi: "Qarabağdakı qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur".
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.
Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov deyib ki, Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir: "Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın".
Oxşar xəbərlər
İcma: "Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməlidir"
Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət ünvanlayıb. BAKU.WS report-a isinadən xəbər verir ki, məktubda Ermənistanın azər...