Prezidentin Sərəncamıyla Yeni İlə görə veriləcək 200 AZN bu tarixdə KARTA OTURDULACAQ
Yeniliklərdən dərhal xəbərdar olun
"Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib".
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə birdəfəlik maddi yardım (200 manat) verilməsi nəzərdə tutulub ki, bunlar da dekabrın 30-dək ödəniləcək.
Qeyd edək ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə dekabr ayının pensiyaları, 19-da isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin dekabr ayı üzrə vəsaitləri ödənilib.
Oxşar xəbərlər
Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ
Oktyabrın 29-da təmir işləri ilə əlaqədar Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişin...