Prezidentin köməkçisindən karantin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkəmizin ayrı-ayrı tibbi strukturlarının rəyləri, təklifləri öyrənilir. Mövcud olan sanitar-epidemioloji vəziyyət təhlil edilir. Bu təhlillər əsasında karantin rejiminin davam etdirilməsi ilə bağlı qərar qəbul ediləcək”.
BAKU.WS xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
O qeyd edib ki, dünyada gedən proseslər də ciddi şəkildə nəzərə alınır:
“Azərbaycanda vəziyyətin müsbət dinamikada dəyişməsi bütün dünyada müsbət dinamikada dəyişməsi demək deyil. Dünya ölkələrində yeni “qaynar məntəqələrin” yaranması və infeksiyanın yayılması tendensiyasını görürük. Bu, o deməkdir ki, infeksiyanın yenidən ölkəmizə idxal olunma halları baş verə bilər. Bu kimi məsələlər kompleks şəkildə nəzərdən keçirilir. Karantin rejiminin uzadılması, uzadılacaqsa da bunun hansı dövrü əhatə edəcəyi barədə ictimaiyyətə məlumatlar veriləcək”.
Oxşar xəbərlər
“Karantin rejiminin uzadılması ilə bağlı qərarlar qəbul ediləcək” - Prezidentin köməkçisi - VİDEO
“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”. BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçir...