Prezidentdən vətəndaşlara MÜRACİƏT: Biganə qalmayın və nəzarət edin
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
"Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin", - deyə dövlət başçısı bildirib.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
1926-cı il noyabrın 6-da Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Tel...