Prezident İlham Əliyev 190 manat alacaq şəxslərə müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Tapşırıq verirəm ki, 600 min insan aprel-may aylarında, iki ay ərzində ayda 190 manat dövlətdən alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib:
"Birinci ödəniş bu ay veriləcək. Ona görə, bəzi insanların bank hesabı açmağa imkanları olmayacaq. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər insanlar, 600 min insan, hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir".
Oxşar xəbərlər
"Vaxtında tədbirlər görməsəydik, xəstələrin sayı 20 min, bəlkə, daha çox olardı" - İlham Əliyev
"Son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika müsbətdir. Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəb...