“Porsche” ilə karantin rejiminin qaydalarını pozan şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.
Bildirilib ki, Cəlilabad sakini Siruz Kərimov şəhər ərazisində idarə etdiyi “Porsche” markalı avtomobillə xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən, polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu müəyyən edilib.
Lakin S.Kərimov polisin qanuni tələblərini icra etməyərək ərazidən uzaqlaşmaq istəsə də, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Polis sosial şəbəkələrdə koronavirusla bağlı yalan məlumatlar yayan şəxsi cərimələdi - FOTO
Ağdaşda karantin rejimi qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbu...