Polislər sürücülərə spirt, maska və əlcək payladılar - VİDEO

Polislər sürücülərə spirt, maska və əlcək payladılar - VİDEO
Video
Sosial 400

Masallı Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq Masallı Rayon Polis Şöbəsi tərəfindən aksiya təşkil olunub.

BAKU.WS xəbər verir ki, tədbir çərçivəsində Masallı Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb. Vətəndaşlara bir daha gigiyenik qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.

Sürücülər də bu aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını bildirib. Eyni zamanda bu tədbirlər Masallı Rayon Polis Şöbəsində də davam etdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər