Polis yanacaqdoldurma məntəqələrində yoxlamalara başladı- FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, şəhər ərazisindəki yanacaq doldurma məntəqələrinə xüsusi karantin rejimlərinin tələblərinin icrasına nəzarət məqsədilə reyd təşkil edilib.
Reyd zamanı bir neçə yanacaq doldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan personalların xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb.
Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.
Qalereya
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...