Toy karvanlarında motosikletlə pullu müşayiət elanı ona baha başa gəldi, polis saxladı - VİDEO

Toy karvanlarında motosikletlə pullu müşayiət elanı ona baha başa gəldi, polis saxladı - VİDEO
Video
Sosial 623

Bakıda sosial şəbəkələrdə qanunsuz çağırışlar edən şəxs saxlanılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı sakini, 1993-cü il təvəllüdlü Məmmədağa Quliyev sosial şəbəkədə toy karvanlarında motosikletlə pullu müşayiət xidməti barədə məlumat verib və çağırış edib:

“Dərhal polis əməkdaşları araşdırma apararaq həmin şəxsi aşkarlayıb. Daha sonra Məmmədağa Quliyev saxlanılıb”.

“Məmmədağa Quliyevə izah olundu ki, belə hərəkətlər “Yol hərəkəti haqqında” qanunun tələblərinin təhrif edilmiş formada təbliğatıdır. Yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olan faktlardır. Belə hallar yolverilməzdir”, - V.Əsədov bildirib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan M.Quliyev etdiyi əməlindən peşman olduğunu bildirib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının tıxac problemi…

Bakının tıxac problemi…

Son vaxtlar xüsusilə iş günlərində paytaxtın mərkəzində və giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir. BAKU.WS xəbər verir ki,...

276 Sosial 18:22 04 mart 2021

Son xəbərlər