Polis koronavirusa yoluxan sakinləri ziyarət edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki görüş keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib.
Xüsusi geyimli və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktik söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib.
Hər hansı bir sosial və digər məsələlərlə bağlı DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb.
Oxşar xəbərlər
Yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Bu barədə BAKU.WS-ə Dax...