Polis çay evi, kafe və gözəllik salonunda əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Əfsuslar olsun, bəzi sahibkarlar polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq, fəaliyyətlərini davam etdirməyə çalışırlar.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, polis əməkdaşlarının rayonun müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Reyd zamanı çay evi, gözəllik salonu, kafe aşkarlanıb.
Həmin şəxslər barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
Obyektlərin bağlanması təmin edilib. Tovuz polisi rayon və Qovlar şəhəri ərazisində müvafiq reydləri davam etdirir.
Qalereya
Oxşar xəbərlər
İctimai iaşə obyektlərində monitorinqlər davam edir
Ölkəmizdə xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğ...