“Plastik əməliyyat günahdır”
04
iyl
2024
21:46
Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatlarla bağlı dediyi sözlərlə diqqət çəkib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bu barədə “Şən gənc” verilişində danışıb.
Belə ki, proqram zamanı ona ünvanlanan “Sənət üçün plastik əməliyyat etdirərdinizmi?” sualına “Plastik əməliyyat günahdır”, - deyərək cavab verib.
“İnsan uşaq vaxtı yıxılıb, burnu qırılıb, çəpər əyriliyi var, bu səbəbdən olarsa, başqa məsələ. Amma Allahın verdiyini dəyişdirəsən... Bu, düzgün deyil”,- Rafael İsgəndərov bildirib.
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...