Plastik cərrahiyyə etdirənlər şəxsiyyət vəsiqələrini dəyişdirməlidir? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Son illər dünyada, eləcə də ölkəmizdə plastik cərrahiyə ilə üzdə köklü dəyişiklik etmək dəb halını alıb. Xüsusən də 35 yaşdan sonra xanımlar üzgərmə, qaş qaldırma, dodaq, burun və gözlərdə ciddi estetik əməliyyatlar etdirməklə görünüşlərini tanınmaz dərəcədə yeniləyirlər.
Maraqlıdır ki, belə ciddi vizual dəyişiklikdən sonra şəxsiyyət vəsiqəsinin yenilənməsi zəruridir?
Əməliyyatla simasını dəyişən adamların şəxsiyyət vəsiqələrindəki fotoları ilə real həyatdakı görüntülərinin uyğunsuzluğu rəsmi sənədin tanınmasında problem yaradır?
Onu da nəzərə alaq ki, şəxsiyyət vəsiqələrinin müddəti 10 ildir. Bu vaxt dilimində üzdə çox sayda plastik əməliyyat etdirməklə dəyişiklik yaratmaq realdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
DİN Mətbuat Xidmətinin bölmə rəisi polis kapitanı Nurlan Əliyev məsəlı ilə bağlı BAKU.WS-ə bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyət etməkdə maneə yaratmır.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...