Pinqvinlərlə yaşayan sakinlərin şəhəri - Keyptaun
Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 8 874 kilometr uzaqda, Afrika qitəsində, Atlantik okeanı sahilində almaz yataqları ilə zəngin olan Keyptaundan bəhs olunub.
Bu şəhər Cənubi Afrika Respublikasının 3 paytaxtından biridir. Adıçəkilən şəhər məşhur "O olmasın, bu olsun" filmində Həsən bəyin Məşədi İbadı bənzətdiyi qottentotların vətənidir və arxeoloji tapıntıları ilə tarixi 12 min il əvvələ gedib çıxır.
Keyptaun Cənubi Afrikanın ən gözəl şəhəridir. Burada 4 milyona yaxın insan yaşayır və günbəgün artır. Adıçəkilən şəhərdə dövlət xəstəxanalarında dünyaya uşaq gətirmək pulsuzdur, amma özəl klinikalarda bu, keyptaunlulara 2 620 dollara, bizim pulla 4 454 manata başa gəlir.
Əgər sığorta varsa, həmin məbləği şirkət ödəyir. Elə sponsor şirkətlər var ki, yeni doğulmuş körpələrə geyim də hədiyyə edirlər. Keyptaunda analıq məzuniyyəti olsa da, hər qadın işini, qazancını sonraya saxlamaq kimi rahat həyat yaşamır. Ona görə də, bir çox qadınlar doğuşdan sonra işləməyə başlayırlar, hətta övladlarını kürəklərinə sarıyaraq.
Lakin bu şəhərdə demək olar ki, hər məhəllədə uşaq bağçalarına da rast gəlmək mümkündür.
Bağçaya qəbul 1 yaşından başlayır. Burada balacalara yemək də verirlər. Baxmayaraq ki, bağçada ayaqyolu yoxdur, valideynlər bu haldan şikayətçi deyillər. Bir ay üçün ödəniləcək məbləğ 13 dollar, yəni 22 manat təşkil edir.
Həmin məbləği ödəməyə imkanı olmayan valideynlər də olur. Tərbiyəçilər isə deyirlər ki, bu məqamı da anlayır və imkansız valideynlərə güzəşt edirlər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İftar vaxtı - 16 mart 2026: Ramazanın 26-cı günü
Ramazan ayının iyirmi atıncı günündə - 16 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub. Ramazanın 26-cı günü üçün A...