Paytaxtın Xəzər rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranacaq

Paytaxtın Xəzər rayonunun elektrik enerjisi ilə təchizatında fasilələr yaranacaq
Sosial 628
"Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq".Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna "Azərişığ"ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.BAKU.WS

Oxşar xəbərlər

Sabah bu qəsəbədə işıq olmayacaq

Sabah bu qəsəbədə işıq olmayacaq

Sabah saat 11:00-dan 14:30-a qədər Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə BAKU.WS...

1029 Sosial 20:18 24 yanvar 2019

Son xəbərlər