Paytaxtın “Soyuq əllər, isti ürək”li sakinlərinin sevimli məkanından FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 1-dən etibarən “Nargis” Fondunun təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası fəaliyyətə başlayıb.
Paytaxtın mərkəzində, Nizami küçəsində təşkil olunan ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası həm yerli sakinlərin, həm də şəhərimizə gələn turistlərin böyük marağına səbəb olur. Burada əsl bayram əhval-ruhiyyəsi hökm sürür.
Xeyriyyə yarmarkasının qonaqları eksklüziv suvenirlər, hədiyyələr əldə edə, qeyri-adi, dadlı təamlar dada, isti içkilərlə soyuq qış günündə isinə, sevdikləri ilə birlikdə oyunlar oynaya bilərlər. Yarmarka Fəvvarələr meydanında quraşdırılan kiçik taxta konstruksiyalarda təşkil edilib.
Yarmarkada insanların daha çox üz tutduğu "Xırta-Xırt"dır. Piştaxnanın qarşısında növbə ilə hər kəs bu təamdan dadmağı gözləyir.
Yarmarkada diqqət çəkən daha bir əyləncə məkanı isə "Xoxan"dır. Buraya üztutan insanlar içəri keçərək həm əyləncəli, həm də qorxu dolu anlar yaşayırlar.
“Nargis” Fondu tərəfindən təşkil olunan yarmarkadan toplanan vəsait körpələrin müalicəsi və əməliyyat xərclərinə yönləndirilir. Yəni, yarmarkada təqdim edilən hər bir məhsul xeyriyyə məqsədilə satışa çıxarılıb.
Qeyd edək ki, yarmarka yanvarın 15-dək davam edəcək.
Yarmarkadan fotoreportajı təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Paytaxtda satılan "Yolka" və Yeni il bəzəklərinin - QİYMƏTLƏRİ/FOTOREPORTAJ
Yeni il üçün görülən əsas hazırlıqlardan biri evlərin Şaxta baba, “Yolka”, suvenirlər, müxtəlif işıqlar və digər yeni il bəzəkləri ilə dekorasiya edilməsidir. A...