Paytaxtın bu küçəsi təmir olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsinin təmiri yekunlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə 1435 p/m yeni səki daşları düzülüb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünü döşənib.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
Oxşar xəbərlər
Bakıda küçə təmir edilir - FOTO/VİDEO
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 1530 metr uzunluğa malik Cəlil Məmmədquluzadə küçəsinin təmiri davam edir. “Azərbaycan Avto...