Paytaxtda yeni işıqforlar quraşdırılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyi paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işlərini davam etdirir.
BAKU.WS xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi Rəşid Behbudov küçəsi, 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün işıqfor quraşdırılıb.
Nəticədə təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib və əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Medianın İnkişafı Agentliyi yaradılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. BAKU.WS xəbər verir ki, fərmana ə...