Paytaxtda yeni avtobus zolağı yaradılıb - FOTO

Paytaxtda yeni avtobus zolağı yaradılıb - FOTO
Foto
Sosial 89

Bakının Zivərbəy Əhmədbəyov küçəsi boyunca avtobus zolağı salınıb. Tələbə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.

Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Sürücülərdən xahiş edilib ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.

Məlumat üçün bildirək ki, Zivər bəy Əhmədbəyov küçəsindən gün ərzində ümumilikdə yeddi müntəzəm marşrut xətti üzrə 110-a yaxın avtobus keçir.

“Zolağın tələbinə əməl etməklə sürücülər gün ərzində orta hesabla 90 000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradırlar.

Sosial məsuliyyət nümayiş etdirib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk”, - AYNA-dan qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq

Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq

Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...

938 Sosial 20:01 25 iyun 2023

Son xəbərlər